Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır. Bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan bu gün, sentyabrın 16-da Yerevanda Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejurne ilə birgə mətbuat konfransında bildirib.
Nazir bildirib ki, o, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib. “Bildiyiniz kimi, biz mətnin tam razılaşdırıldığı son redaksiya təkliflərini göndərmişik”, – Mirzoyan qeyd edib və regionda sülhün bərqərar olmasına dəstək verdiyinə görə rəsmi Parisə təşəkkür edib.
“Biz razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq. Ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığı, Almatı Bəyannaməsi, SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri tanıdığı müqavilə”, – Mirzoyan qeyd edib.