Sentyabrın 9-13-də ER Müdafiə Nazirliyinin Vazgen Sargsyan adına Hərbi Akademiyasının rəisi polkovnik Arsen Manqasaryanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransa Respublikasının Silahlı Qüvvələri Nazirliyində və Sen-Sir Hərbi Akademiyasında olub. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nümayəndə heyəti Fransa Silahlı Qüvvələri Nazirliyinin Xarici Əlaqələr və Strategiya İdarəsinin nümayəndələri, Sen-Sir Hərbi Akademiyasının rəisi, general Emmanuel Şarpi və Sen-Sir Akademiyasının rəhbərliyi ilə görüşlər keçirib.
Əməkdaşlığın daha da genişləndirilməsi, kursantların mübadiləsi və təlim proqramlarının müasirləşdirilməsinə dair razılaşmalar əldə olunub.
ER nümayəndə heyəti Sen-Sir Akademiyasının ərazisini və məktəbi gəzib, təhsil müəssisələrinin tədris-material bazası, tədris proqramları və tədris prosesinin təşkilinin xüsusiyyətləri ilə tanış olmuşdur.