Zəngəzur dəhlizi məsələsinə gəlincə, İran öz mövqeyində möhkəmdir və təslim olmaq niyyətində deyil. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun sosial şəbəkələrdə dərc etdiyi bəyanatda deyilir. Həmçinin qeyd olunur.
“Regional güc kimi İran onilliklər ərzində, o cümlədən Səddam Hüseyn rejiminə qarşı müharibədə qalib gəlməklə öz möhkəmliyini sübut etdi.
İran açıq şəkildə göstərdi ki, heç bir xarici qüvvə, istər siyasi, istərsə də hərbi təzyiq onun təsirini zəiflədə bilməz.
İranın maraqlarından yan keçərək regional tarazlığı pozmağa yönəlmiş istənilən cəhd qətiyyətli müqavimətlə qarşılanacaq və ölkə bütün siyasi və strateji məsələlərdə öz mövqelərini müdafiə etməyə davam edəcək”.