BaşlıcaSiyasət

İran parlamentinin üzvü Rusiyanın Ermənistan və Azərbaycanın işlərinə qarışmasını qəbuledilməz hesab edir

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda Hüseyn Mələki Rusiyanın “Zangezur dəhlizi” ilə bağlı mövqeyini tənqid edərək, Rusiyanın bu dəhlizlə bağlı iddialarının qəbuledilməz olduğunu bildirib.

Bu barədə “Mehr” agentliyi yazıb.

Bazar günü parlamentin açıq iclasında Fəda Hüseyn Mələki bildirib ki, Rusiya rəsmiləri bu yaxınlarda “Zangezur dəhlizi” ilə bağlı iddia qaldırıblar və bu məsələ İran xalqı və parlamenti üçün qəbuledilməzdir, ona görə də Xarici İşlər Nazirliyi Rusiyaya sərt xəbərdarlıq etməlidir.

O qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışıb ki, bu da İran üçün qəbuledilməzdir və onlara xəbərdarlıq edilməlidir.

Daha çox göstər
Back to top button