Fransada bütün siyasi qüvvələrinin razılaşdığı mövzular çox azdır, lakin Ermənistan məsələsində hamı eyni fikirdədir.“Armenpress”in məlumatına görə, bunu Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Yerevanda erməni həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, o, Yerevana səfər etməklə Fransanın erməni xalqına və hökumətinə dostluğunu və dəstəyini bir daha ifadə etmək istəyir.
“Rusiya Federasiyasının göstərdiyi təhdidlərə, aşkar düşmənçiliyə, təyziq etmək istəyinə baxmayaraq, Ermənistan demokratiya, azadlıq yolunu davam etdirir, addım-addım irəliləyir. Bilin ki, demokratik dəyərlərə görə hər zaman bizə arxalana bilərsiniz”, – deyə Fransa XİN rəhbəri qeyd edib.
O əlavə edib ki, bu dəyərlər uğrunda mübarizə aparan bütün ölkələri dəstəkləyir. “Fransa hər zaman sizin yanınızdadır”,- deyə Sejurne vurğulayıb.
“Fransada bütün siyasi qüvvələrin razılaşdığı çox az mövzu var. Ermənistanın da o mövzulardan biri olduğunu söyləmək olar. Ona görə də Fransanın müxtəlif səviyyəli nümayəndələri, müxtəlif siyasi cərəyanları təmsil edənlər məmnuniyyətlə Ermənistana gəlirlər, çünki hamı Ermənistanla bağlı məsələlərdə həmfikirdir”, – nazir bildirib.