Ermənistanda rəsmi səfərdə olan Fransanın Avropa və Xİ naziri Stefan Sejurne Musa dağında qəhrəmancasına döyüşün xatirəsinə ucaldılmış Qəhrəmanlıq Döyüşü Memorialını ziyarət edib.
Bu barədə Fransanın xarici işlər naziri X-nin mikrobloqunda yazıb.
“Musa Dağı Memorial Kompleksində. 1915-ci ilin sentyabrında 53 günlük qəhrəmancasına müqavimətdən sonra 4092 Musaler ermənisi admiral Dartijinin fransız dənizçiləri tərəfindən xilas edilərək soyqırımdan xilas oldu. Biz bu erməni və fransız qəhrəmanlarını xatırlayırıq”, – Stefan Sejurne yazıb.