“Ermənistan 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan öz imzasını geri götürməməlidir”.
Bunu Ermənistan parlamentinin deputatı Andranik Koçaryan deyib.
“Üçtərəfli bəyanatın 3 imzası var – Azərbaycan, Rusiya və Ermənistan. Bütün tərəflərin bu sənəd çərçivəsində atəşkəs rejimini qorumaq öhdəliyi var. Bu vəzifələrə artsaxlıların öz evlərinə qayıtması daxildir”, – deyə o bildirib.
Koçaryan “Zangezur dəhlizi” ilə bağlı fərziyyələrə toxunaraq qeyd edib ki, bütün bu məsələlər sülh müqaviləsinin məntiqi çərçivəsində, Ermənistanın təhlükəsizlik sisteminin inkişafı nöqteyi-nəzərindən həll edilir.