BaşlıcaSiyasət

Artur Hovhannisyan COP29-a qədər sülh sazişinin imzalanmasının mümkünlüyü haqqında

“Ermənistanın Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirakı barədə danışmaq hələ tezdir”.

Bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Artur Hovhannisyan deyib.

“Hazırda bu məsələyə cavabım yoxdur. Lakin qərar olarsa, hər kəs biləcək. Hesab edirəm, bunun haqqında danışmaq tezdir”, – o bildirib.

Artur Hovhannisyan, COP-29-a qədər sülh müqaviləsinin bağlanmasının nə dərəcədə real olduğu və bu istiqamətdə, o cümlədən Azərbaycanda saxlanılan şəxslərin geri qaytarılması ilə bağlı kifayət qədər beynəlxalq təzyiqin olub-olmaması sualına cavab olaraq deyib:

“Tarixlər haqqında danışa bilsəydik, çox yaxşı olardı, amma təəssüf ki, indi danışa bilmirik. Bəli, Azərbaycanda təşkil olunacaq tədbir kifayət qədər önəmlidir, Bakıda təmsilçi komanda olacaq. Ümid edirik ki, beynəlxalq tərəfdaşlarımız sülh gündəliyinin irəliləyişində bizə dəstək verəcəklər.

Nə vaxt, hansı şərtlərlə, hansı formada imzalanacaq, bu haqda çox danışmışıq. Proseslər baş verir. Ümid edək ki, hər şey müsbət inkişafa doğru gedəcək”,- o qeyd edib.

Daha çox göstər
Back to top button