BaşlıcaSiyasət

Bakıda keçirilən yarışdan yarım mil aralıda erməni girovlara işgəncə verilir: The Sunday Times

Əgər siz Bakıda Formula 1 Qran Prisini izləyənlərdənsinizsə, bir anlıq aşağıdakılar barədə düşünməyə vaxt ayırın! Azərbaycanın paytaxtındakeçirilən yarışlardan yarım mil aralıda həmin ölkənin dövlət təhlükəsizlik xidmətinin qərargahı yerləşir, onun kameralarında bir çox siyasi məhbuslarla yanaşı, Ermənistanın keçmiş Dağlıq Qarabağ hökumətinin nümayəndələri də işgəncələrə məruz qalır.

Köşə yazarı və yazıçı Dominic Louson Britaniyanın The Sunday Times qəzetindəki məqaləsinə belə yazır.

“Formula 1 Qran Prisi erməni girovlarının qulağının altında keçirilir. Onlar ötən ilin sentyabrından, Azərbaycanın mübahisəli əraziyə müdaxiləsindən və bir neçə gün sonra onları ələ keçirdikdən sonra Bakıda qanunsuz olaraq girov saxlanılıb”, – Dominik Louson yazır.

O əlavə edir ki, Liberty Media-nın rəhbəri Qreq Maffei (Liberty Media Formula 1 biznesinin sahibidir) Formula 1 yarışlarından birinin Bakıda keçirilməsini tənqid edib və qeyd edib ki, bu cür tədbirlər “Bakı kimi yerlərdə” keçirilir, çünki bu ölkələr “sportvoş” üçün böyük məbləğdə pul ödəyir.

Məqalə müəllifi noyabrda Bakıda keçiriləcək BMT-nin COP29-a da toxunulur və qeyd olunur ki, avtokratik neft hasil edən dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə adı altında ikiüzlülüklərini necə gizlətmələrinin ən son nümunəsidir.

Louson İlham Əliyevin “Azərbaycanın neft və qaz ehtiyatları “tanrıların hədiyyəsidir” sözlərini xatırladır, eyni zamanda Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan biznes imkanının Bakıya da hədiyyə olduğunu qeyd edir.

Müəllif xüsusən də Osmanlı İmperiyasının soyqırımdan əvvəlki rəsmi çıxışları ilə Azərbaycanın indiki hakimiyyəti arasında müqayisələr aparır. O, İlham Əliyevdən sitat gətirir: “Ermənistan əvvəllər heç vaxt bu regionda olmayıb. İndiki Ermənistan bizim torpağımızdır” sözlərini yazıb.

Eyni zamanda əlavə olunur ki, bunun əksinə olaraq keçən həftə üç Britaniya deputatı “Formula 1” rəhbərini “Azərbaycan kimi rejimlərə öz cinayətlərini idman vasitəsilə təmizləməyə imkan verməməyə” çağıran məktubu imzalayıb.

Daha çox göstər
Back to top button