Ermənistanın Bakı İqlim Sammitində iştirakından danışmaq hələ tezdir. Bunu deputat Artur Hovhannisyan bildirib.
“Hazırda bu suala cavabım yoxdur. Əgər belə inkişaflar olarsa, təbii ki, bundan xəbəriniz olacaq. Hazırda hesab edirəm ki, bu barədə hələ danışmağın vaxtı deyil”, – Hovhannisyan bildirib.