Baş nazir Nikol Paşinyan gələcəkdə Azərbaycandan qaz idxalının mümkünlüyünü istisna etməyib.
“Armenpress”in məlumatına görə, o, bu barədə ikinci Dünya Erməni Sammitində enerji təhlükəsizliyinə toxunaraq danışıb.
“Biz qazı Rusiyadan idxal edirik, İrandan idxal edirik. Bir müddət əvvəl Azərbaycandan açıqlamalar gəldi ki, gələcəkdə sülh yaranarsa, Ermənistan Azərbaycandan da qaz idxal edə bilər. Təsəvvür etsək ki, tranzit qaz kəməri Ermənistan ərazisindən, məsələn, Naxicevana və Türkiyəyə keçir, bu variantı istisna etmək olmaz”, – Paşinyan bildirib.