BaşlıcaSiyasət

Biz belə qərara gəldik ki, modul tipli atom elektrik stansiyasımız olsun ki, Ermənistan və qonşu ölkələr üçün təhlükə olmasın: Paşinyan

Ermənistan Respublikasında enerji sektorunda həyata keçirilən mühüm layihələrdən biri də yeni atom elektrik stansiyasının tikintisidir. Bu barədə ER baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 18-də Dünya Erməni Sammiti zamanı bildirib.

“Bu məsələdə biz strateji qərar qəbul etdik ki, kiçik modul tipli atom elektrik stansiyasımız olsun. Bunu etmək qərarına gəlməyimizin ən vacib səbəblərindən biri odur ki, ekspertlər izah ediblər ki, modul tipli AES-də baş verə biləcək qəza yerli əhəmiyyətli hadisə hesab olunur. Demək, modul texnologiya ilə tikilmiş AES-in daxilində, qəza baş versə, 500 metr aralıda yerləşən qəsəbənin əhalisi evakuasiya olunmur. Başqa sözlə, qəza ətraf mühitə təhlükə yaratmır”, – Paşinyan bəyan edib.

O, bir sıra ölkələrin modul tipli atom elektrik stansiyalarının texnologiyasından istifadə mərhələsinə çatdığını vurğulayıb. “ABŞ ən çox irəliləyiş əldə edən ölkədir, lakin Fransa, Rusiya və Cənubi Koreya da bunu edir. Biz tərəfdaşlarla işləyirik. Hazırda bir problem var. Dünyada işləyən modul tipli atom elektrik stansiyası yoxdur, bəziləri tikilməkdədir. Amma bizim inancımız budur ki, bu, mütləq baş verəcək.

Bizim modul tipli atom elektrik stansiyasımız olmalıdır ki, bu, həm Ermənistan, həm də qonşu ölkələr üçün təhlükə sayılmasın”, – Paşinyan bildirib.

Daha çox göstər
Back to top button