“Sülhün kəsişməsi” proqramına əsasən, yollar yan keçmədən, Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına xələl gətirmədən işləməlidir. Bu barədə ER baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 18-də Dünya Erməni Sammiti zamanı bildirib.
“Biz regional kommunikasiyaların açılmasından danışanda Azərbaycanın cavabı o idi ki, çox yaxşı, əgər Ermənistan istəməsə, biz o layihələri İran ərazisində həyata keçirəcəyik. Əvvəla, bir daha rəsmi şəkildə qeyd etmək istəyirəm ki, Ermənistan İranla eyni şərtlərlə eyni keçidləri istəyir və təmin etməyə hazırdır. Üstəlik, biz prosedurların müəyyən sadələşdirilməsini istisna etmirik və bunu ikitərəflilik məntiqində dərk edirik”, – Paşinyan bildirib.
“Biz səmimi və şəffaf şəkildə deyirik ki, biz o yolu təmin etməyə hazırıq. Təbii ki, biz onların İrandan keçməsinin əleyhinə deyilik, bu, İranla Azərbaycan arasındakı münasibətlərin problemidir, lakin bir daha təsdiqləyirik ki, biz də eyni şərtlərlə onları təmin etməyə hazırıq”, – Paşinyan qeyd edib.