BaşlıcaSiyasət

Bu, Ermənistan qüvvələrinin Rusiya qüvvələrinə qarşı həyata keçirdiyi ilk məlum əməliyyat idi: İoannisyan

“Rusiya Müdafiə Nazirliyinin “Pyatnaşka” (15-ci Donetsk) briqadasının “Arbat” briqadasının erməni-rus bölməsinin hərbçiləri Ermənistanda silahlı çevriliş etməyə cəhd ediblər”. Bu barədə “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin koordinatoru Daniel İoannisyan öz Facebook səhifəsində yazıb.

“İstifadə olunan texnikaya əsasən, dövlət çevrilişinin hazırlanmasında Rusiya Müdafiə Nazirliyinin zabitlərindən başqa, xüsusi xidmət orqanlarının da iştirak etdiyini iddia etmək olar.

P.S. Bu, Ermənistan qüvvələrinin Rusiya qüvvələrinə qarşı həyata keçirdiyi ilk məlum əməliyyat idi. Yaşasın oğlanlar (bəlkə də qızlar da).”

Bundan əvvəl məlumat vermişdik ki, Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində bir qrup şəxsin qabaqcadan razılaşdırılaraq hakimiyyəti qəsb etməyə hazırlaşması barədə məlumat daxil olub.

Dağlıq Qarabağın keçmiş sakinləri və Ermənistan vətəndaşları ayda 220 min rubla işə götürülərək yeni silahlarla tanış olmaq və onlardan istifadəni öyrənmək üçün Rusiyaya göndərilirdilər.

Sözügedən əməli törətdiklərinə görə 7 nəfər barəsində cinayət işi başlanıb. Onlardan 3-ü həbs edilib, 4-ü isə axtarışa verilib.

Daha çox göstər
Back to top button