Hüquqların pozulmasına görə kompensasiyanın alınması geri qaytarılma hüququnun həyata keçirilməsi imkanını istisna etmir, əksinə, bu hüquqlar çox vaxt bir-birini tamamlayır.
Bu barədə sentyabrın 18-də Ermənistanın İkinci Dünya erməni sammitində Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan məlumatlandırıb.
“Bu haqda danışmaq hələ tezdir, lakin müvafiq mərhələdə kompensasiya tələbi formalaşdırılacaq (Azərbaycana doğru – red.) və hesablamalar aparılacaq” – deyə o, əlavə edib.
Kirakosyan izah edib ki, vətəndaşlığın qanuni qəbulu geri qayıtmaq hüququnu (indiki halda ermənilərin Dağlıq Qarabağa qayıtmaq hüququnu – red.) həyata keçirmir.
“Ola bilsin ki, vətəndaşlıq verilməsi məcburi köçkünlərin fərqləndirilməsi məsələsini gündəmə gətirir, lakin bu insanları müəyyən etmək çox asandır və vətəndaşlıqdan asılı olmayaraq geri qayıtmaq hüququ mümkündür.
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə və AİHM-ə təqdim etdiyi iddialarda geri qaytarılma hüququnun həyata keçirilməsi tələbi də var.
2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi geri qaytarılma hüququnu müəyyən edən müvəqqəti qərar verdi.
Orada bildirilir ki, Azərbaycan geri qayıtmaq istəyən ermənilər üçün təhlükəsiz şəraitin yaradılması üçün tədbirlər görməyə borcludur”-deyə o, qeyd edib.