BaşlıcaSiyasət

“Rusiya ilə hərbi əməkdaşlıq 10%-dən aşağı düşüb”: Armen Qriqoryan

Ermənistanın xarici siyasətinin əsas prioriteti həm iqtisadi, həm də hərbi sahədə diversifikasiyadır ki, 2021-ci ildə müharibə zamanı və müharibədən sonra baş verən problemlər aradan qalxsın.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb.

“Biz dəfələrlə Ermənistanın təhlükəsizliyi və diversifikasiyası barədə danışmışıq və diversifikasiya bizim əsas prioritetimizdir. Əgər təhlükəsizlik sahəsində bir sıra uğurlarımız varsa, iqtisadiyyat sahəsində çox da uğurumuz yoxdur, amma uğur qazanmaq üçün böyük səylər sərf etməyə davam edirik”.

Onun sözlərinə görə, əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlıq 96%-dən çox idisə, indi bu, 10%-dən aşağı düşüb.

Qriqoryan qeyd edib ki, hərbi-texniki əməkdaşlıq sahəsində 3-4 yeni mühüm tərəfdaş var: “Biz hərbi-texniki istehsalın 25-30%-nin Ermənistanın tərkibində olmasını hədəfləyirik. Hazırda strateji məqsəd dörd və ya beş tərəfdaşın olmasıdır ki, onlarla əməkdaşlıq 20%-i keçməyəcək”.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Ermənistan həm də iqtisadiyyatın diversifikasiyası üçün tərəfdaşlar axtarır: “İqtisadiyyatın şaxələndirilməsi də vacibdir. Bu gün dünyanın demək olar ki, hər bir ölkəsi diversifikasiya axtarışındadır”.

Daha çox göstər
Back to top button