Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot Azərbaycanla sülh müqaviləsi üzərində işləməkdə göstərdiyi cəsarət və qətiyyətə görə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana təşəkkür edib.
“Armenpress”in məlumatına görə, bu barədə Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədri ER baş naziri Nikol Paşinyanla görüşdən sonra özünün X mikrobloqunda yazıb.
“ER Baş naziri Nikol Paşinyana cəsarətinə və qətiyyətinə görə təşəkkür edirəm. O, Rusiya imperializminə qarşıdır və Azərbaycanla hər iki ölkənin ərazi bütövlüyünü təmin edəcək sülh müqaviləsi üzərində çox işləyir”, – Maykl Rot öz postunda qeyd edib və əlavə edib ki, demokratiyanın və azadlığın təhlükəsizliyə ehtiyacı var və Avropa İttifaqı nəhayət, Ermənistan və Cənubi Qafqaz üçün daha çox işlər görməlidir.