BaşlıcaSiyasət

Jurnalistləri Müdafiə Komitəsi  Azərbaycanı COP29 ərəfəsində 11 jurnalisti azad etməyə çağırıb

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiəsi Komitəsi  Azərbaycanda 11 jurnalistin ilkin həbs müddətinin uzadılmasını pisləyir və ölkə hakimiyyətini noyabrda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində onları azad etməyə çağırır, Turan agentliyi bildirir.

“Azərbaycanda son tənqidçi KİV-dən 11 jurnalistin həbsinin davam etməsi göstərir ki, ölkənin ən cəsarətli jurnalistləri COP29 dövründə korrupsiya və insan hüquqlarının pozulması barədə danışa bilməyəcəklər”, – Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

Sözügedən jurnalistlər dörd müstəqil xəbər  resursundan 13 KİV işçisi arasındadır. Onlar 2023-cü ilin noyabrından valyuta qaçaqmalçılığı ittihamı ilə həbsdədirlər. Söhbət Qərb donorları tərəfindən maliyyələşdirmədən gedir.

Komitə Azərbaycanda həbsdə olan jurnalistlərin COP29 ərəfəsində azad edilməsinə çağıran iyirmidən çox təşkilata qoşulub, bəyanatda deyilir.

Daha çox göstər
Back to top button