Azərbaycan Artsaxdak abidələri məhv etməkdə davam edir
Artsaxın mədəni irsinin monitorinqini aparan monumentwatch.org azərbaycanlılar tərəfindən Artsaxda aparılan mədəni soyqırıma toxunub.
“Bu il sentyabrın 20-də Azərbaycanın nəzarəti altında olan Şuşiyə səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev Erməni Soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin yerində 2021-ci ildə inşa edilmiş “Bayraq Meydanı”nın açılışında iştirak edib. Azərbaycan mətbuatına görə, “Bayraq Meydanı”nın yaxınlığında Azərbaycanın 44 günlük müharibədə qələbəsinə həsr olunmuş “Qələbə muzeyi” də tikiləcək. Qeyd edək ki, burda məscid da tikiləcək.
Bu üç tikili, xüsusən də məscid və muzey erməni Artsaxının dağıdılmasını, ermənilərin etnik təmizlənməsini simvollaşdırır.
Şuşidə erməni soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ərazisində Azərbaycan muzeyinin, məscidin və meydanın tikilməsi erməni xalqının mədəni hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu, təkcə irsin dağıdılmasının cəzasız qalmasının nəticəsi deyil, həm də erməni kimliyinin inkarı ilə yeni kimliyin yaradılmasıdır.
“Silahlı münaqişə zamanı mədəni dəyərlətin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsinə və 1999-cu il İkinci Protokolunun 9-cu maddəsinin c bəndinə əsasən, mədəni irsinin istənilən transformasiyası, mədəni irsinin dəyişdirmək və ya tarixi və ya elmi sübutların məhv etməsi qadağandır.
Bu kontekstdə aydındır ki, Azərbaycan bütöv bir icmanın mədəni irsini məhv edib mənimsəməklə, onu öz kimliyinə uyğun yaşamaq və yaratmaq hüququndan məhrum etməklə 1966-cı ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Pakt”ın 27-ci və 15-ci maddələrində də müəyyən edilmiş əsas mədəni hüquqlarını pozur.
Erməni mədəniyyətinin mühüm mərkəzi olan tarixi Şuşin şəhərinin erməni kimliyinin mənimsəməsi 1994-cü ildə Yaponiyada qəbul edilmiş Mədəni İrsin Orijinallığı üzrə Nara Sənədinə uyğun olan şəhərin həqiqiliyi və bütövlüyünün əsas prinsiplərini pozour.
Şuşidə erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidə birinci Artsax müharibəsindən sonra qoyulub. O, Proşyan və Qazanaçetsots kilsəsi küçələrinin kəsişməsindən bir qədər aşağıda yerləşirdi. Abidə həm də Vətən müharibəsi və Birinci Artsax müharibəsi qurbanlarının xatirəsinə həsr olunub”.