Avropa Parlamentinin üzvləri qətnamədə Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsini tələb edirlər
Avropa Parlamentinin oktyabrın 9-da müzakirəyə çıxarılacaq qətnamə layihəsində hakim “Gürcü arzusu” partiyasının təsisçisi və oliqarx Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi tələb olunur. Sənədi Avropa Parlamentinin deputatlarının müxtəlif qrupları hazırlayıb.
Ümumilikdə 7 qərar hazırlanıb, lakin onlardan biri oktyabrın 10-da qəbul olunacaq. Təşəbbüskarları Avropa Parlamentinin deputatı polşalı Malqojata Qoşevskaya və latviyalı Riçards Kols olan qətnamənin versiyalarından birində Bidzina İvanişviliyə qarşı “Gürcüstanda siyasi proseslərin pisləşməsi və gürcü xalqının maraqlarına zidd hərəkətlər səbəbindən” sanksiyalar nəzərdə tutulur”, SOVA xəbər verir.
Qətnamə ABŞ-ın “Gürcü Arzusu” rəsmilərinə qarşı şəxsi sanksiyalarını alqışlayır və Aİ-ni Xarici Agentlər Qanununun qəbulunda iştirak edənlərə, yüksək rütbəli partiya üzvlərinə və “siyasi motivli” hakimlərə Aİ-yə giriş məhdudiyyətləri tətbiq etməyə çağırır.
Avropa Parlamentinin üzvləri Bidzina İvanişvilinin “davam edən siyasi böhranın təşkilində və ölkənin qərbə istiqamətli kursunun Rusiyanın xeyrinə sistemli şəkildə sabotaj edilməsində” şəxsi rolunu “qətiyyətlə pisləyir”.
Qətnamənin mətnində oktyabrın 26-da keçiriləcək seçkilərdən də bəhs edilir, həmin seçkilərin dönüş nöqtəsi olacağı və Gürcüstanın onilliklər ərzində gələcəyini müəyyən edəcəyi vurğulanır.
Avropa Parlamentinin üzvləri Gürcüstan hakimiyyətini demokratik, ədalətli və azad seçkilərin keçirilməsini təmin etməyə çağırırlar ki, bu da Gürcüstanın qəbul etdiyi demokratik standartlara cavab verməlidir.