İki günlük işgüzar səfər, bir ikitərəfli görüş – əsas məsələ üzrə razılıq əldə edilməsi və 9 dəqiqəlik çıxış – Moskvaya, Bakıya və beynəlxalq ictimaiyyətə göndərilən mesajlarla.
Siyasi baxımdan Rusiyanın Moskvada üçtərəfli görüş təşkil edə bilməməsinə baxmayaraq, Kremlin iki günlük müzakirələri nəticəsiz hesab etmədiyi bildirilib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ermənistan və Azərbaycan MDB çərçivəsində dialoqunu davam etdirir. O, eyni zamanda, Moskvanın Yerevan və Bakı arasındakı işlərə qarışmadığını da açıqlayıb.
ER Baş naziri Nikol Paşinyanın Moskvada etdiyi 9 dəqiqəlik çıxışında rəsmi Yerevanın Moskvaya, Bakıya və beynəlxalq ictimaiyyətə yönəltdiyi bir neçə mesaj var.
Ən mühümü isə sülh mesajıdır:
Rəsmi Yerevan bu ay “Sülh müqaviləsi”ni imzalamağa hazırdır, və bu, Ermənistanın rəsmi mövqeyidir- deyə Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
İclasdan sonra jurnalistin “Sülh müqaviləsi nə vaxt imzalanacaq?” sualına Azərbaycan prezidenti belə cavab verib: “Hər şey razılaşdırıldıqda”.
O, ilin sonuna qədər müqaviləni yekunlaşdırmaq ehtimalına dair suala cavab verməyib. Ermənistanın Baş naziri isə əmindir ki, müqavilənin razılaşdırılmış hissəsi sənədin indi imzalanması üçün kifayət edir.
Nikol Paşinyanın çıxışındakı ikinci mesaj sərhəd komissiyalarının nizamnaməsinin təsdiqi ilə bağlıdır. Bakı sənədin ratifikasiya prosesinə başlamayıb, halbuki Ermənistan əsas addımları atıb. Paşinyan bu ay parlamentin nizamnamənin ratifikasiyasını müzakirə edəcəyini təsdiqləyib.
Ermənistanın Baş naziri həmçinin Azərbaycanla diplomatik əlaqələr qurmağa hazır olduğunu da bildirib.
“Ermənistan və Azərbaycan arasında necə olursa olsun, “Sülh müqaviləsi”ndən sonra da razılaşdırılması, həlli və yeni müqavilələrin imzalanması lazım olan vacib və prinsipial məsələlər qalacaq. İmzalanmış və ratifikasiya olunmuş “Sülh müqaviləsi” mövcud olduğu halda, qalan bütün məsələlərin həlli daha asan olacaq, çünki bölgədə vəziyyət fərqli olacaq.”
Ermənistan narahat deyil ki, Naxicevanla əlaqəni Azərbaycan, Ermənistandan gözlənilən şərtlər yerinə yetirilməzsə, İran ərazisindən təmin edəcək.
Bu, ölkələrin suveren hüququdur və daxili işidir, buna qarışmağa ehtiyac yoxdur- deyə Paşinyan bildirib, eyni zamanda təhlükəsiz yolların açılması və İrandan təklif olunan şərtlərlə yolların təmin edilməsinə hazır olduğunu bildirib.
Ermənistan hökumətinin “Sülh kəsişməsi”proqramı ilə Ermənistan daha çox işlər görməyə hazırdır. Bu, artıq beynəlxalq ictimaiyyətə göndərilən mesajdır.
“Ermənistan nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabellərin öz ərazisindən Gürcüstandan İrana və əks istiqamətdə, Türkiyədən Azərbaycana və əks istiqamətdə keçidini təmin etməyə hazırdır.
Biz nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabellərin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında keçidini təmin etməyə hazırıq”.
Nikol Paşinyanın çıxışında rəsmi Moskvaya da mesajlar var idi. Söhbət noyabrın 9-da üçtərəfli bəyanatla “dəhliz” adlandırılanın nəzarətinin Moskvaya verilməsi planlarından gedir.
Ermənistanın Baş naziri bir daha vurğulayıb ki, “Ermənistanın öz suveren ərazisində təhlükəsizliyin təmin edilməsini üçüncü ölkələrin həyata keçirəcəyi ilə razılaşdığı və ya hər hansı sənəddə bunun nəzərdə tutulduğuna dair hər hansı bəyanatlar sadəcə olaraq həqiqətə uyğun deyil.
Hər bir ölkənin öz ərazisində təhlükəsizliyin təmin edilməsi onun suveren borcudur”.
Bu, Ermənistanın işidir və Ermənistan bunu zəmanətli şəkildə edəcəkdir”- deyə Paşinyan bildirib.
Rusiyanın Baş nazir müavini Aleksey Overçuk bu məsələyə reaksiya verib. O, bildirib ki, Ermənistan üçtərəfli bəyanatdan rəsmi olaraq imzasını geri çəkmir.
Rusiya Baş nazirinin müavini regionda kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrup çərçivəsində iki ilə yaxın irəliləyiş olmadığını təsdiqləyib.
Eyni zamanda Rusiya iddialarını ifadə edərək, regionda iqtisadi və nəqliyyat dəhlizlərinin açılmasının “yalnız Rusiyanın iştirakı ilə mümkün olduğunu” vurğulayıb.
Politoloqlar hesab edirlər ki, Rusiya Ermənistanla əlaqələrində mövqeyini yumşaldıb. Bu, Paşinyan-Putin görüşündən sonra əldə olunan razılaşmada da təsdiqləndi ki, 1 yanvar tarixindən etibarən İran və Türkiyə ilə sərhədlərdə rus sərhədçilərinin yerinə erməni sərhədçiləri yerləşdiriləcək.
Politoloq Edqar Vardanyan Rusiyanın yumşalmış mövqeyini Kremlin problemləri ilə əlaqələndirir.
“Düşünmürəm ki, Rusiya öz ən yaxşı vəziyyətində olsaydı, belə bir addım atardı. Ümumilikdə, region ölkələrinin öz müstəqil siyasətlərini həyata keçirmək istədiklərini gördükdə və rusiyaya qarşı deyil, sadəcə öz müstəqilliklərini qorumağa çalışdıqlarını göstərdikdə, Kreml müəyyən dərəcədə geri çəkilir və hesab edirəm ki, bu güzəştlər də məhz bu məntiq çərçivəsindədir”.
Politoloq hesab edir ki, bu siyasət çərçivəsində siyasi vektorun dəyişməsi barədə açıq danışmamaq qərarı verilib. Digər tərəfdən, o, Paşinyan-Putin görüşünün görünən hissəsini xatırladır, burada Rusiya rəhbəri iqtisadiyyata investisiyalardan danışıb.
Vardanyanın fikrincə, milyardlarla bağlı söhbətlər göstərir ki, Rusiya hazırda Ermənistana ehtiyac duyur.