“Tatoyan Fondu”ndan verilən məlumata görə, Nerkin Hand Ermənistanın Kapan icmasının bir kəndidir və üç tərəfdən Azərbaycan silahlı qüvvələrinin 20-dən çox silahlı mövqeyi ilə mühasirə olunub.
Burada Ermənistanın ərazisindən 2,700 hektar ərazi işğal edilib.
Fond bəyan edib ki, Nerkin Hand sakinlərinə qarşı Azərbaycan tərəfindən törədilən cinayətlərə dair əlavə sübutlar toplanıb. Bu cinayətlər arasında Ermənistanın “Şikahoğ ”Dövlət qoruğunda minlərlə ağacın qırılması, on kilometrlərlə hərbi yolların inşası, çoxlu sayda minaların yerləşdirilməsi (Azərbaycanın 2 mövqeyinin nümunəsində), kənd sakinlərini içməli sudan məhrum etmək, mülki evlərin yaxınlığında silahlı mövqelərin qurulması və s. faktlar yer alıb.
Bəyanatda o da qeyd olunub ki, Azərbaycan COP29 tədbirini keçirərkən Ermənistanın təbiətini məhv edir. Bu faktlar dünya səviyyəsində mümkün qədər çox nümayiş etdirilməlidir ki, Azərbaycanın əsl niyyətləri açıq şəkildə nümayiş olunsun”-deyə bəyanatda bildirilir.