BaşlıcaSiyasətTəhlil

“Bakı niyə Cop29 üçün layiqli ev sahibi deyil?” – İranlı ekspertin müşahidələri

BMT-nin iqlim dəyişikliyi konfransı COP29 noyabr ayının 11-22-də Azərbaycanda keçiriləcək. Azərbaycan tərəfindən beynəlxalq norma və hüquqların davamlı şəkildə pozulması və ətraf mühitin mühafizəsi sahəsində yuxarıdakının mənfi davranışını nəzərə alaraq belə bir konfransın Bakıda keçirilməsi müxtəlif ölkələrdə böyük tənqid dalğasına səbəb olub. Bu barədə “geghard-saf.am” məqalə yayıb.

Qafqaz məsələləri üzrə məşhur iranlı ekspert Ahmad Kazemi bu yaxınlarda “Bakı niyə Cop29 üçün layiqli ev sahibi deyil” başlığı ilə məqalə dərc edib, həmin məqalədə konfransın niyə Bakıda keçirilməməli məsələni aydın şəkildə göstərdi. Ekspert əvvəlcə vurğulayıb ki, İqlim konfransı ətraf mühitin mühafizəsində ciddi rolu və irəliləyişi olan ölkələrdə keçirilir, Azərbaycanın isə əksinə, bu baxımdan çox pis reputasiyası və təcrübəsi var. Birinci amil kimi, faktı qeyd edib ki, Xəzər dənizi ən çox çirkləndirən ölkə Azərbaycandır. Ekspert fərq edib ki, Bakının neft hasilatı nəticəsində Xəzər dənizində flora və fauna təhlükə altındadır, neftlə çirklənmə isə dənizin İran sahillərinə çatır.

Azaərbaycan KİV-nə istinad edeərək ekspert qeyd edib ki, hələ onilliklər əvvəl Azərbaycan Ukraynadan gətirilən nüvə tullantıları Xəzər dənizinə atıb. Hər bir konteynerə görə 260 min dollar alıb.

Kazemi deyə vurğulayıb. “Kanalizasiya infrastrukturuna sərmayənin olmaması səbəbindən hər il əhalinin sıx məskunlaşdığı Bakı və Sumqayıt şəhərlərindən milyonlarla ton məişət və sənaye tullantıları Xəzər Dənizinə axıdılır, beləliklə dənizin ekosistemini təhlükə altına alır, Naxçıvandan isə Araz çayına”.

Bundan başqa ekspert qeyd edib ki, ətraf mühitin mühafizəsi ətrafında Bakının narahatlığı formal və nümayişkaranə xarakter daşıyır. Misal üçün o qeyd edib ki, Bakı Xəzər dənizində suyun səviyyəsinin azalmasına yalnız neft istehsalına zərər verdiyindən narahatdır.

Kazemi eləcə də Azərbaycanın Söyüdlü kəndinin  ekoloji problemlərindən və həmin məsələni qaldıran kəndlilərə hakimiyyət tərəfindən göstərilən təzyiqlərdən danışıb. (Daha ətraflı “COP29 və Bakının sinizmi” məqaləsində).

Ekspertin dediyinə görə, həmin illik konfranslar yalnız “ətraf mühitin mühafizəsi ilə bağlı deyil”, həm də “insan hüquqları” haqqındadır, Azərbaycan isə sadəcə ətraf mühitin mühafizəsi ilə bağlı qanunları deyil, həm də insan hüquqlarını pozur. Bu kontekstdə o Azərbaycanda şiə dindarlarına və milli azlıqlara qarşı tədbiq edilən repressiyaları xatırladıb. Ekspert fərq edib ki, Bakı beynəlxalq tədbirlər keçirməklə bu davranışını gizlətməyə çalışır (misal üçün. “formula1”).

Kazemi yazıb.“Hazırda Azərbaycan dünyanın və xüsusilə qərb dünyasının ictimai rəyini Qarabağ bölgəsində etnik təmizləmədən yayındırmaq üçün COP29 bir vasitə kimi istifadə etməyə çalışır. 2023-cü ilin sentyabr ayının 19-da Azərbaycan Qarabağa hücuma keçdi və 2020-ci ilin Moskva atəşkəs razılaşmasını pozdu, 120 mindən çox yerli erməninin kütləvi köçürülməsinə və deportasiyasına səbəb oldu, onların mülkiyyəti, tarixi, mədəni və dini hüquqları pozub. COP29 tədbirini istifadə edərək və təxminən 80.000 insanı ev sahibliyi edərək, dinc bir üz göstərərək Bakı həmin etnik təmizləmələrdən qlobal ictimai rəyini yayındırmağa çalışır. Buna görə də, Qarabağdan deportasiya edilmiş ermənilərə məxsus tarixi və dini abidələrinin məhv etməsinə dair yayılan məlumatlara paralel olaraq Azərbaycanın prezidenti Qarabağı və ətrafdakı əraziləri “yaşıl enerji” zonaları elan etdi”.

O əlavə edib ki, Artsaxı işğal etdikdən başqa Azərbaycan həm də Ermənistan Respublikasına qarşı təcavüz edir, ərazisini “Qərbi Azərbaycan” elan edir və sülh müqaviləsini imzalamaqdan imtina edir. Paralel olaraq, sözdə “Zəngəzur dəhlizi”məsələsini irəli aparır, bu da öz növbəsində ekspertə görə, həm də regionun ətraf mühiti üçün fəlakətli olacaq. Kazemi əminliyini bildirərək deyib.“ bu durumda Bakı tərəfindən COP29-a ev sahiblik etməsi ətraf mühitinə beynəlxalq ekoloji qanunlara sərt istehzadır”.

Yekun kimi A. Kazemi vurğulayıb ki, həmin konfrans Azərbaycanın neft dolları hesabına Bakıda keçirilir, lakin, əslində, Azərbaycan BMT-nin iqlim dəyişikliyi konfransının keçirilməsinə layiqli ev sahibi deyil.

Daha çox göstər
Back to top button