BaşlıcaSiyasət

Azərbaycan Ermənistan ərazisindən keçən uçuşlara görə vergilərin məbləğini kəskin artırıb

2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək “Azərbaycan Hava Yolları” Ermənistan Respublikasının hava məkanında həyata keçirilən uçuşlar üçün “Aryaeronaviqasiya” şirkətinə 133 min 760 avro ödəyib.

Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin jurnalistin yazılı sorğusuna cavabında deyilir.

Xatırladırıq ki, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödənişin məbləği demək olar ki, 50 min avro, 2023-cü il üçün isə 90 min avrodan çox olub.

Bütün bu ödənişlər müvafiq qaydada “EUROCONTROL” (Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi) mərkəzi idarsi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, “Armenia Aviation” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir.

Daha çox göstər
Back to top button