İctimaiyyət

Ermənistan 2023-cü ildə şərab mantarının ixrac həcmini 1 milyon 41 min dollara çatdırıb: World’s Top Exports

Ermənistan 2023-cü ildə şərab mantarı ixracını 15,7% artıraraq 1 milyon 41 min dollara çatdırıb. World’s Top Exports portalının məlumatına görə, Ermənistan siyahıda 34-cü yerdə qərarlaşıb. Şərab mantarının ümumi beynəlxalq satışı 2,23 milyard dollar təşkil edib.

Portuqaliya, İspaniya və Fransa dünyada mantar satan ən böyük üç ölkədir. Bu üç aparıcı təchizatçı birlikdə ümumi ixrac dəyərinin 83,8%-ni təşkil edib. Rusiya 37-ci yeri tutub (805 min dollar, 41,3%). Gürcüstan 44-cü yerdə (389 min dollar, +18,2%), Türkiyə isə 16-cı yerdədir (8 milyon 369 min dollar, +51,2%).

Daha çox göstər
Back to top button