BaşlıcaSiyasət

Ekspert:  “Əgər İran çökərsə birinci Azərbaycan bundan  faydalanacaq”

Teorik olaraq, əgər İran dağılarsa, bundan ilk növbədə Azərbaycan faydalanacaq. Oktyabrın 29-da jurnalistlərlə görüşündə belə bir fikir səsləndirən siyasi analitik Argişti Kiviryan bu mövzuda açıqlama verib.

“O həm İran, həm də Ermənistan əraziləri baxımından bizim üçün ən böyük təhlükə ola bilər”- deyə analitik vurğulayıb.

“O günün gəlməsini Azərbaycan gözləyir. Bunun üçün hərbi potensialını artırır. Onun gündəliyində İranın “Azərbaycan” torpaqları məsələsi var.

Ancaq deyə bilərəm ki, İranı hərbi yolla məğlub etmək mümkünsüz olmasa da, çox çətindir. Elə ölkələr var ki, onları içəridən ‘partlatmaq’ mümkündür.

Bu ölkələrdən biri Rusiya, digəri isə İrandır. Onları məhv etmək üçün daxildən “partlatmaq” lazımdır. İsrailin zərbələri müəyyən dərəcədə İranda daxili gərginliyin artmasına yönəlib.

 Bunu anlayaraq İran, ölkə Prezidenti vəzifəsinə milli azlıq nümayəndəsini gətirməyi üstün tutdu ki, bununla da milli azlıqların tələblərini azaltmış olsun” – deyərək Kiviryan bildirib.

Daha çox göstər
Back to top button