Baş nazirin aparatı “Sülh kəsişməsi” layihəsinin təşviqi məqsədilə bir sıra tədbirlər keçirməyi planlaşdırır.
Alınan məlumata görə,bu haqda parlamentin daimi komissiyalarının birgə iclasında “Ermənistan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” ER qanun layihəsinin müzakirəsi zamanı Baş nazir aparatının rəhbəri Arayik Harutunyan qeyd edib.
“Bu ilin sonu və ya gələn ilin əvvəlində biz Ermənistanda müxtəlif ekspert mərkəzlərini toplamağı planlaşdırırıq. Əsas mövzu “Sülh kəsişməsi” olmasa da, yaxın vaxtlarda iranlı həmkarlarımızın Ermənistana səfəri olacaq və burada da “sülhkəsişməsi” müzakirə olunacaq.
Biz həmçinin bir sıra türk media nümayəndələrinin Ermənistana səfərini planlaşdırırıq, onlar da “Sülh kəsişməsi” layihəsində təqdim olunacaqlar” – deyə Arayk Harutunyan bildirib.