COP-29 sammitində ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək. Bir gün əvvəl dövlət katibi Blinkenin Bakıya getməyəcəyi məlum oldu.
Amerika nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı və energetika katibləri, bəzi nazir müavinləri, həmçinin Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə müavini Bonni Cenix də daxildir.
USAID-in icraçı direktoru Samanta Pauer də Bakıda keçirləcək COP 29-da iştirak etməyəcək. Həm Dövlət Katibi Blinken, həm də Samanta Pauer Dubay və Misirdə əvvəlki iqlim konfranslarında iştirak ediblər.
ABŞ dövlət katibinin Bakı konfransında iştirak etməməsi, böyük ehtimalla, digər ölkələrə də bir siqnal olacaq. Baxmayaraq ki, artıq aydındır ki, COP 29-un COP-29-un reprezentativ səviyyəsi son illərin ən aşağı səviyyəsi olacaqdır.