BaşlıcaSiyasət

Dövlət komissiyalarının 10-cu iclası keçirilib:  “Sərhədlərin liberallaşdırılması haqqında fərman noyabrın 1-dən qüvvəyə minir”

2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın, həmçinin Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının 10-cu görüşü keçirilib.

Görüşə Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik edib.

Görüş zamanı adıçəkilən komissiyaların birgə fəaliyyətinə dair 2024-cü il avqustun 30-da imzalanmış Qaydanın 7-ci maddəsinə uyğun olaraq, tərəflər Qaydanın qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların həyata keçirilməsi barədə qarşılıqlı məlumat mübadiləsi aparıblar.

Qaydanın 7-ci maddəsinə əsasən, bu prosedurların tamamlanması barədə son yazılı bildirişin alındığı tarixdən etibarən qaydanın qüvvəyə minməsi nəzərdə tutulur.

 Tərəflər qeyd ediblər ki, göstərilən Qayda 2024-cü il noyabrın 1-də qüvvəyə minir.

Tərəflər delimitasiya işlərinin gələcək həyata keçirilməsi üçün sərhəd xəttinin hissələrinin ardıcıllığı barədə fikir mübadiləsi aparıblar.

Onlar, delimitasiya işlərinin həyata keçirilməsi qaydası ilə bağlı müvafiq təlimat layihələrini də müzakirə ediblər.

Tərəflər növbəti görüşün vaxtı və yeri barədə işgüzar qaydada razılığa gəlməyi qərarlaşdırıblar.

Komissiyaların görüşü başa çatdıqdan sonra Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ayrıca nəqliyyat kommunikasiyaları ilə bağlı məsələləri müzakirə ediblər.

Daha çox göstər
Back to top button