Azərbaycandan Ermənistana qazın nəqli texnoloji baxımdan qeyri-mümkün deyil, amma məsələ bazar platformasında deyil. Bu barədə “Enerji prosesləri. region” mövzusunda keçirilən seminarda “Gazprom Armenia” QSC-nin baş direktoru Aşot Hakobyan bildirib.
O xatırladıb ki, Ermənistan sovet dövründə Azərbaycan qazını Qazaxdan boru kəməri vasitəsi ilə alıb və bu, Rusiya və İranın Ermənistana hər il verdiyi 2 milyard kubmetrdən üç dəfə çox olub.
Hakobyan qeyd edib ki, 1990-cı illərdən tədarük dayandırılıb və hazırda bu borular daxili boru kəmərləri kimi istifadə olunur.