Ekoloji fəal Qreta Tunberq Bakıda keçirilən COP29-u boykot edir – VİDEO
Eko fəal Qreta Thunberq COP29-u boykot etdiyini açıqladı. O, Azərbaycanın bu forumdan diqqəti Artsaxdakı ermənilərə qarşı etnik təmizləmədən yayındırmaq üçün istifadə etməsini pisləyib.
OC Media-ya müsahibəsində Tunberq Bakı iqlim konfransında iştirak etmək əvəzinə Tiflis aksiyasına niyə qatılmaq qərarına gəldiyini izah edib.
“Azərbaycan mədən yanacaqlarından çox asılı olan ölkədir və Azərbaycan rejiminin qalıq yanacaq istehsalını daha da genişləndirmək planları var. Azərbaycan kimi avtoritar, neftdən asılı dövlətin COP kimi qlobal iqlim tədbirinə ev sahibliyi etməsinə icazə verilməsi şok edicidir. Bu qərar təkcə iqlimə təsir etmir, həm də ətraf mühit və insan hüquqlarının pozulmasından əziyyət çəkənlərə təhqirdir”, – Tunberq bildirib.
“Mən Azərbaycanda COP29-da iştirak etmək fikrində deyiləm” deyən o, konfransın rejimi öz xalqına zülm edən, ermənilərə qarşı etnik təmizləməni davam etdirən və iqlim böhranına məhəl qoymayan, mədən yanacağının genişlənməsinə üstünlük verən bir ölkədə baş tutacağını vurğulayıb.
Greta Thunberg speaks to OC Media about COP29 at a protest against the Georgian election results in Tbilisi.
— OC Media (@OCMediaorg) November 4, 2024
▶️ Georgia election live updates: https://t.co/5LHC9hz8Dj pic.twitter.com/mScJCynKBB