Rusiya xarici ticarət dövriyyəsinin 2024-cü ilin sonuna qədər 700 milyard dolları keçəcəyi gözlənilir. Bu barədə RT-yə müsahibəsində Rusiya Federal Gömrük Xidmətinin rəis müavini Vladimir İvin məlumat verib.
O, sanksiyaların artan təzyiqi fonunda Rusiyanın logistika və maliyyə sistemini əhəmiyyətli dərəcədə yenidən qurmağa nail olduğunu bildirib.
Hazırda Rusiyanın əsas ticarət tərəfdaşları Çin, Hindistan, Türkiyə və Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrdir.
RF Federal Gömrük Xidmətinin rəis müavininin sözlərinə görə, bir çox şirkət idxal və ixrac üçün ödənişlərdə hələ də çətinliklərlə üzləşsə də, ümumilikdə biznes problemlərin həllinə və malların axınının davam etdirilməsinə yol tapmağa müvəffəq olur.
“Çin uzun illər ərzində ən böyük ticarət tərəfdaşlarımız arasında birinci yeri tutub, lakin son illərdə onun payı əhəmiyyətli dərəcədə artıb.
Hazırda bu, xarici ticarətimizin 34 faizini təşkil edir. Hindistan ikinci yerdədir və Türkiyəni geridə qoyub. Hindistanın payı 9%, Türkiyənin payı isə 8%-dir.
Sonrakı sırada Belarus gəlir və bu reytinqdəki mövqeyini gücləndirib (8%), ondan sonra isə Qazaxıstan gəlir (6%).
Digər ölkələrin payı 2-4% təşkil edir. Onların arasında Ermənistan da var, o da Avrasiya İqtisadi İttafaqın üzvüdür. Yəni Aİİ-nə üzv olan bütün ölkələr ən böyük ticarət tərəfdaşlarımızın onluğundadır.
Siyahıda həmçinin Koreya Respublikası, Almaniya və İtaliya davar”– deyərək İvin vurğulayıb.