Avropa Komissiyasının sözçüsü təsdiq edib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Azərbaycanda keçiriləcək COP29 iqlim sammitində iştirak etməyəcək
Bu haqda BMT-dəki mənbələr Euronews-a Fransa və Rusiya prezidentlərinin Bakıya getməyəcəyini bildiriblər.
Bundan əvvəl Euronews telekanalı da BMT-yə yaxın mənbələrə istinadən RF Prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronun da iştirak etməyəcəyini bildirib.
“Prezident bu il GOP-da iştirak etməyəcək” deyən bir komissiya sözçüsü əlavə etdi ki, Avropa Komissiyası keçid dövründə olduğundan, prezident öz institusional vəzifələrinə diqqət yetirəcək.
Euronews mənbələrinin məlumatına görə, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda olduqlarını təsdiqləyib. Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Polşa və İspaniyanın başçıları Avropadan iştirak edəcəklərini açıqladılar.