2025-ci ildə Cənubi Amerikada ilk Tumo mərkəzi açılacaq
Tumonun təhsil modeli tezliklə Buenos Ayres gənclərinin istifadəsinə veriləcək. Cənubi Amerikada ilk Tumo mərkəzi 2025-ci ilin yayında açılacaq. Layihə Tumo və Buenos Ayres Təhsil Nazirliyinin əməkdaşlığı sayəsində reallaşacaq.
“Buenos-Ayresin meri Xorxe Makri və təhsil naziri Mersedes Migel Tumo-nun təsisçiləri Sem və Silva Simonyan, eləcə də inkişaf direktoru Bekor Papazyan ilə Tumo Buenos-Ayresin yaradılmasına dair müqavilə imzalayıblar”,- “Tumo” Yaradıcı Texnologiyalar Mərkəzinin yaydığı məlumatda deyilir.
Buenos-Ayresdəki Tumo 3000-ə yaxın gəncə animasiya, oyun inkişafı, musiqi, robototexnika, film istehsalı, qrafik dizayn, 3D modelləşdirmə, proqramlaşdırma və s. kimi sahələrdə peşə təhsili almaq imkanı verəcək.
Ermənistanda yaradılan təhsil proqramı artıq Avropa və Yaxın Şərqdə mövcuddur. Hazırda Paris, Berlin, Tirana, Mannheim, Koimbra, Lion, Lvov, Marsel, Beyrut və Lissabonda Tumo mərkəzləri fəaliyyət göstərir. Tumo Buenos-Ayres mərkəzi ilə yanaşı, Montevideo, Los-Anceles, Amsterdam, Luanda, Kutaisi, Takasaki və Almaniyanın Hirşeid, Ludenşeid, Saarbrüken, Frankfurt və Köln kimi bir sıra şəhərlərində də mərkəzlər açmağı planlaşdırır.