ER-nin daimi əhalisi 3 milyon 67 min nəfərdir: Statistika Komitəsi
ER Statistika Komitəsi daimi əhali ilə bağlı məlumat dərc edib. Qeyd edilir ki, 1 oktyabr 2024-cü il tarixinə ER-nin daimi əhalisi 3 milyon 67 min nəfərdir.
Ən sıx məskunlaşan icma paytaxtdır. Yerevanda 1 milyon 136 min nəfər yaşayır. İnzibati rayonlar arasında Malatiya-Sebastiya, Nor Nork, Erebuni inzibati rayonları ən çox əhaliyə malikdir. Ən az məskunlaşan inzibati rayon Nubaraşendir. Statistik məlumatlara görə, burada 12 min insan yaşayır.
Regionlar əhalinin qeyri-bərabər paylanması ilə də diqqət çəkir. Kotayk marzı 292 min vətəndaşla əhalinin təmərküzləşməsinə görə birinci yerdədir. Yerevana ən yaxın olan Ararat və Armavir bölgələri də əhalisinin sıxlığı ilə seçilir. Ən seyrək məskunlaşan bölgə Ermənistanın ən kiçik marzı Vayots Dzordur (49 min nəfərdir).
Ümumiyyətlə, Ermənistan əhalisi daha çox şəhər yerlərində cəmləşib – 1 milyon 976 nəfər.