İctimaiyyət
Ermənistan buğda idxalının alternativ mənbələrini nəzərdən keçirir
Ermənistan buğda idxalının alternativ mənbələrini nəzərdən keçirir, məsələni bir neçə ölkə ilə müzakirə edir.
Bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
“Biz alternativ idxal mənbələrini nəzərdən keçiririk. Bir neçə ölkə ilə müzakirələr aparırıq. Üstəlik, bu heç bir ölkəyə qarşı deyil. Əgər biz buğdamızın 99 faizini şərti olaraq Rumıniyadan idxal etsəydik, mən Rusiya ilə buğda idxalı məsələsində danışıqlar aparardım. Bu, normal, məntiqi prosesdir”, – Papoyan bildirib.
2023-cü ildə Ermənistan 130 min ton buğda istehsal edib, 450 min ton idxal edib. Ermənistan əsasən Rusiyadan buğda idxal edir.