BaşlıcaEkonomika

Ermənistan Kacaran tunelinin tikintisi üçün 200 milyon dollar kredit alacaq:  Layihə təsdiq olundu

Ermənistan və Avrasiya İnkişaf Bankı Kacaran tunelinin tikintisi və M2 yolunun 4 km-lik hissəsinin yenidən qurulması üçün Stabilləşdirmə və İnkişaf Fondundan 200 milyon ABŞ dolları məbləğində kreditin ayrılması haqqında saziş imzalayıblar.

İnfrastruktur naziri Kristin Qaleçyan layihənin 194 milyon 259 ABŞ dolları məbləğində birgə maliyyələşdiriləcəyini bildirib.

Layihənin icrası nəticəsində mövcud marşrutun 14 kilometr qısaldılması, avtomobillərin orta sürətinin 80 km/saata çatdırılması, Kacarani-Aqaraki yolunun marşrutunun təxminən 40 kilometr qısalması planlaşdırılır.

Faiz dərəcəsi 20 il müddətinə təyin edilir, parlament maliyyə, kredit və büdcə məsələlərində layihəyə müsbət rəy verib.

Daha çox göstər
Back to top button