Başlıcaİctimaiyyət

Gələn il Ermənistanda monitorinq aparılacaq: Avropa Şurasının Regional Hakimiyyətlər Konqresinin katibi

ER ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Avropa Şurası Yerli və Ərazi Hakimiyyətlər Konqresinin baş katibi Matyo Morinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazir qonaqları salamlayaraq, Avropa Şurası, xüsusilə Yerli və Ərazi Hakimiyyətlər Konqresi ilə əməkdaşlığı və Ermənistana göstərilən dəstəyi xüsusi qeyd edib.

Matyo Mori öz növbəsində AŞ Konqresinin Ermənistana önəm verdiyini, Ermənistanda həyata keçirilən proqramların və bu istiqamətdə göstərilən dəstəyin davamlı olacağını vurğulayıb.

“Ermənistan demokratiya adasıdır və Ermənistanın demokratiyaya aparan yoldakı səyləri alqışlanır”, – Matyo Mori vurğulayıb.

Görüş zamanı post-monitorinq prosesinin əhəmiyyəti vurğulanıb. Matyo Mori gələn il Ermənistanın monitorinqinin aparılacağını bildirib.

Nazir Sanosyan onu da qeyd edib ki, AŞ Konqresinin monitorinqi görülən işləri, Yerli Özünüidarəetmə Sisteminin Avropa Xartiyasına uyğunluğunu vurğulamaq, habelə boşluqları işıqlandırmaq və onları düzəltmək üçün bir fürsətdir.

Həmçinin İcmalar İttifaqına, icmalara verilən subsidiyalara və icmalar tərəfindən həyata keçirilən subsidiya proqramlarına toxunulmuşdur.

Daha çox göstər
Back to top button