BaşlıcaEkonomika

Nazir:  “Daxili tələbatın artması hesabına 2025-ci ildə 5,6 faiz iqtisadi artım nəzərdə tutulur”

Maliyyə nazirliyi, Mərkəzi Bank və beynəlxalq tərəfdaşlar Ermənistanın iqtisadi artım potensialının artdığına razıdırlar.

Bu barədə parlamentin  Maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Vahe Hovanisyan deyib:

“Biz 2025-ci ildə iqtisadi artım potensialının olacağını təxmin edirik. 5,4 faiz, əvvəlki illərdə orta hesabla 4,5 faiz və ya daha az idi.

Bu o deməkdir ki, son illərdə biz yeni artım trayektoriyasına daxil olmuşuq” –deyə Hohanisyan bildirib. Onun sözlərinə görə, 2025-ci ildə 5,6 faiz iqtisadi artım nəzərdə tutulur ki, bu da əsasən daxili tələbatın artması hesabına baş verəcək.

 “Orta  müddətli perspektivdə məqsədimiz müxtəlif risklərin reallaşdığı halda belə, borcun təxminən 54 faiz həddində sabitləşdirilməsi, hətta 60 faiz səviyyəsini keçməməsidir” – deyərək Hovannisyan bildirib.

Daha çox göstər
Back to top button