Reuters: “Ursula fon der Leyen və bir çox böyük ölkələrin liderləri Bakıda keçiriləcək COP29-da iştirak etməyəcəklər”
Reuters yazır ki, böyük iqtisadiyyata malik ölkələrin dünya liderləri, o cümlədən ABŞ, Avropa Birliyi və Braziliya, bu il Bakıda keçiriləcək və COP29 kimi tanınan BMT-nin iqlim dəyişikliyi ilə bağlı sammitinə qatılmağı planlaşdırmırlar.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldəki siyasi proseslərə görə COP29 iqlim sammitinə qatılmayacaq.
Bu barədə Reuters-ə Komissiyanın sözçüsü məlumat verib. “Komissiya keçid mərhələsindədir və prezident öz institusional öhdəliklərinə diqqət yetirəcək” – deyə sözçü bildirib.
ABŞ Prezidenti Co Bayden də tədbirə qatılmayacaq. Bu barədə Bayden administrasiyasının mənbəsi mediaya məlumat verib.
COP29 ABŞ-da keçiriləcək prezident seçkilərindən bir neçə gün sonra, noyabrın 11-də başlayır. Braziliya prezidenti Luis Inasio Lula da Silva da keçən ay aldığı baş zədəsi səbəbindən COP29-a səfərini ləğv edib.
Çin, Yaponiya, Avstraliya və Meksika da BMT-nin COP29-da liderlərin çıxışları ilə bağlı son proqramında yoxdur. AB-ni sammitdə Avropa Şurasının prezidenti Şarl Mişel və alyansın iqlim siyasəti rəhbəri Vopke Hokstra təmsil edəcək.
Qeyd edək ki, ABŞ nümayəndə heyətinə COP29-da prezident Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək.
Mətn factor.am-ə məxsusdur.