Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin beşinci sammiti çərçivəsində bir sıra ölkələrin və beynəlxalq strukturların rəhbərləri ilə təmaslar aparıb.
“Armenpress”in məlumatına görə, ER baş nazirinin dəftərxanası tərəfindən yayılan fotolardan aydın olur ki
Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makron, Gürcüstanın baş naziri İrakli Kobaxidze, Polşanın baş naziri Donald Tusk, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin sədri Roberta Mezzola, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Vladimir Zelenski və başqaları ilə əlaqə saxlayıb.