Makron Ermənistanın təklif etdiyi “Sülh kəsişməsi” layihəsini dəstəkləyib
Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazda sabitliyin təşviq edilməsinin və Ermənistanla Azərbaycan arasında ədalətli və davamlı sülhün bərqərar olunmasının vacibliyini vurğulayıb.
Alınan məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdən sonra Fransa Prezidenti Emmanuel Makron bildirib ki, sülh mümkündür və Cənubi Qafqazda sülh sazişi imzalamaqla iki ölkə arasında Cənubi Qafqazın sabitliyinə töhfə vermək mümkün olacaq.
“Fransa sizin Ermənistan və Azərbaycan arasında müzakirələri asanlaşdırmaq səylərinizi tam dəstəkləyir” – deyə Makron bildirib.
O, həmçinin Cənubi Qafqazın sabitliyinin Avropa Birliyi ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafı üçün vacib olduğunu vurğulayıb.
“Fransa Avropa Birliyinə və Avropa Birliyinin Mərkəzi Asiya strategiyasına, Trans-Qafqaz dəhlizinə və ER Baş naziri Nikol Paşinyanın “Sülh kəsişməsi” layihələrinə yönəlmiş təşəbbüsləri tam dəstəkləyir. Biri digərisiz baş verməməlidir” – deyərək Makron yekunlaşdırıb.