BaşlıcaBeynəlxalq

ABŞ Konqresi seçkilərində Hay Dat Komitəsinin dəstəklədiyi namizədlərin 90 faizi mandat alıb

ABŞ Konqresi seçkilərində Amerika Hay Dat Komitəsinin (ANCA) dəstəyini qazanan namizədlərin 90 faizi mandat alıb. Bu barədə təşkilatın bəyanatında bildirilib.

ANCA, bu seçki mərhələsində Amerika ermənilərinin misilsiz təsirini alqışlayıb və bunu komitənin bir il davam edən kampaniyasının nəticəsi kimi qiymətləndirib.

“Amerika Hay Dat Komitəsi bu seçkilərdə ağıllı davranıb” – deyə ANCA-nın icraçı direktoru Aram Hamparyan, noyabrın 5-də milli seçki məntəqələri bağlandıqdan sonra yayımlanan videoda izah edib.

“Biz meyarlarımızı aşağı salmadıq və ya dəyərlərimizdən imtina etmədik. Verilən vədləri qəbul etmədik, əksinə, cavabdehlik tələb etdik” – deyə ANCA-nın Vaşinqton ofisinin rəhbəri Aram Hamparyan bəyan edib və vurğulayıb ki, namizədləri seçərkən təşkilat Qarabağ məsələsi və erməni-amerikan əməkdaşlığı gündəmi ilə bağlı mövqelərini nəzərə alıb.

Komitə qeyd edir ki, ABŞ-ın 20 ştatından olan 84 Senat və Nümayəndələr Palatası namizədinə dəstək verib.

Daha çox göstər
Back to top button