Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-12-də İsveçdə işgüzar səfərdə olacaq.
ER Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, xarici işlər naziri Mirzoyanın İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard ilə görüşü baş tutacaq. İcra və qanunvericilik dairələrinin digər yüksək vəzifəli şəxsləri ilə də ikitərəfli görüşlər nəzərdə tutulub.
“Ermənistan İsveçlə həm ikitərəfli gündəmdə, həm də müxtəlif formatlarda, o cümlədən Aİ çərçivəsində siyasi dialoqun və tərəfdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Biz möhkəm əsaslar yaratmışıq və əməkdaşlıq üçün, o cümlədən iqtisadi əməkdaşlığın təşviqi üçün yeni imkanlar görürük. Mən Stokholmdakı müzakirələri gözləyirəm”, – deyə ER xarici işlər naziri Ararat Mirzoyan bildirib.