BaşlıcaBeynəlxalq

France-24-ün DQ ermənilərinin boşaldılmasına istinadı: “Bakı, artsaxlıların geri dönüşündən qorxur”

France-24 mətbusu, 2023-cü ildə Artsaxda baş verən etnik təmizləmələrdən sonra mövcud vəziyyətə dair geniş bir məqalə dərc edib və peyk görüntüləri ilə fotoşəkillər vasitəsilə Azərbaycanın Dağlıq Qarabağdakı erməni izlərini necə silməkdə olduğunu nümayiş etdirib.

Cəmi bir il əvvəl, 2023-cü ilin sentyabrında,Artsaxda  etnik təmizləmələrdən sonra Azərbaycan, Stepanakert şəhərini Xankəndi adlandırdı və bölgədən erməni izlərini silməyə cəhd edir”- deyə yazır fransız mətbusu  qeyd edir.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan hücuma keçdi və 48 saat ərzində etnik təmizləmə həyata keçirdi. 100.000 erməni, əsrlər boyu öz evləri hesab etdikləri yurd yuvalarını, bölgəni tərk etdi” – deyərək  France-24 qeyd edir.

France-24, Qarabağın parlament binasının necə dağıdıldığını və yerə sərildiyini göstərən fotoşəkillər yayımladı. Fotoşəkillərə əlavə olunan qeyddə, bunun  Veratsnund (Yenidənqurma )meydanında yerləşdiyi bildirilir.

Meydandakı digər binalar da dağıdılıb. Məsələn, parlament binasına bitişik olan Qarabağ müharibəsi veteranları birliyinin binası da dağıdılıb. FranceInfo-nun Révélateurs komandası tərəfindən aparılan araşdırmaya görə, parlamentin əvvəlki binası mehmanxana və konfrans mərkəzi ilə əvəz ediləcək.

Bu ilin sentyabrında çəkilən peyk görüntüləri, Stepanakertdə tam məhvedilmiş məhəllələrin olduğunu göstərir.

France-24, Stepanakert sakini Nona Poğosyanın qeydlərini də sitat gətirir, o deyir ki, Azərbaycan, erməniləri geri dönmək ümidindən məhrum etmək istəyir.

“Əliyev’in əmri ilə Ermənistan memarlığı məhv edilir. Düşünürəm ki, bunu edərək, yalnız bir məqsədləri var – o da bizi geri dönmək ümidindən məhrum etməkdir” – deyə Poğosyan qeyd edir.

Siyasi analitik Gevorg Ğukasyan, Azərbaycanın prezidentinin Qarabağ ermənilərinin geri dönmək imkanından qorxduğunu və buna görə də erməni abidələrini məhv edərək qabaqlayıcı addımlar atdığını düşünür.

“Təbii ki, Azərbaycan bilir ki, geri dönüş hüququ, beynəlxalq hüququn bir hissəsi olaraq mövcuddur. Bu, beynəlxalq münasibətlərdə yaxşı əsaslandırılmış bir hüquqdur.

 Eyni zamanda, bilirlər ki, özləri üçün müsbət beynəlxalq dövrün sona çatması yaxınlaşır və əgər bu baş verərsə, Azərbaycanın yaradılmış müsbət beynəlxalq mühitin itməsi və Qarabağ ermənilərinin geri dönüş hüququnun həyata keçirilməsinin daha ciddi bir əsas üzərində qoyulması məsələsi gündəmə gələ bilər.

Buna görə də, bəli, hesab edirəm ki, Azərbaycanın bu cür bir narahatlığı var, bu səbəbdən də artıq mədəniyyət  soyqırımı sahəsində soyqırım əməliyyatlarına davam edir.

 Bu da Qarabağ ermənilərinin öz vətənlərinə geri dönmək istəyini sarsıdacaq. Azərbaycan hər halda, geri dönüş hüququnun həyata keçirilməsindən qorxur, əgər indiolmasa  da, qısa müddətli ya da uzun müddətli bir dövrdə” – deyə Ğukasyan fikrini tamamlayır.

France-24 eləcə də, Qarabağda dini simvolların da məhv edildiyini yazır. Azərbaycanın içindəki erməni Xaçlarının necə dağıdıldığına dair şəkillər təqdim edir, bu da Ermənistanda qəzəb doğurub” – deyə mətbu bildirir.

“Etnik ermənilərin əksəriyyəti xristiandır, etnik azərbaycanlıların əksəriyyəti isə müsəlmandır. Bununla belə, din bu münaqişədə əslində əsas rol oynamır” – deyə Qafqaz regionunun mütəxəssisi və Paris Sosial Elmlər Yüksək Tədqiqatlar Məktəbinin və Anadolu Araşdırmaları Fransa İnstitutunun tədqiqatçısı Elodi Gavrilof qeyd edib.

“Bu münaqişənin dini bir ölçüsü olsa belə, bu məsələ ikinci dərəcəlidir. Əgər azərbaycanlılar erməni kilsələrini dağıdırsa, bu, kilsələrin xristian olduğu üçün deyil, onların erməni olması üçün edilir.

 Düşünürəm ki, Qərb, bu, dini münaqişədir, xüsusən də ekstremist sağçıların təsiri ilə  bu fikri irəli  çəkib” – deyərək o, qeyd edib.

Siyasi analitik Gevorg Ğukasyan, AvropaBirliyinin, Bakıdakı uzaq məqsədləri anlayaraq, son vaxtlar bir qətnamə qəbul etdiyini xatırladır.

“Bəli, məsələ həqiqətən də, erməni kimliyinin aradan qaldırılmasıdır. Və o yerlərdə ki, aradan qaldırılmır, erməni abidələrinin adını dəyişməyə çalışırlar.

Və təsadüfi deyil ki, Avropa Şurası oktyabrın 24-də qəbul etdiyi qətnamədə Azərbaycana, abidələrin bu cür ‘albaniyalaşdırılmasından’ çəkinmək çağırışı etdi.

Yəni, məsələ oraya gəlib çatıb ki, hətta AB qanunverici orqanlarının səviyyəsində bu cür bir çağrış edilir”.

Gavrilof, Azərbaycan  hökumətinin azərbaycanlıların yenidən yerləşdirilməsi siyasətini ətraf mühitin qorunması məsələsi ilə strateji məqsədlər üçün əlaqələndirdiyinə inanır.

Əliyev, Qarabağı azərbaycanlılarla doldurmağın əsas səbəbinin ətraf mühitin qorunması olduğunu göstərməyə çalışır.

Gavrilofun sözlərinə görə, bu əsaslandırmanı heç kim mübahisə edə bilməz, çünki bu, planetin xilasına yönəlmiş bir addım kimi təqdim olunur.

Tədqiqatçı, etnik təmizləmələrdən əvvəl, 2023-cü ilin aprelində Azərbaycanın hökumətinin ekoloji aktivistlər vasitəsilə Laçın dəhlizini bağladığını təsadüfi hesab etmir.

O, xatırladır ki, aktivistlər, ermənilərin ətraf mühitə yaxşı münasibət göstərmədiklərini iddia edirdilər.

 “Azərbaycan hökuməti indi Dağlıq Qarabağda bir çox günəş panelləri quraşdırır, bölgəni Azərbaycanın ən yaşıllıqlı bölgəsi etməyə çalışır, beləliklə, hərbi cinayətləri ört-basdır edir” – deyə  tədqiqatçı yazır.

Xaricdəki bir sıra erməni təşkilatları və beynəlxalq qurumlar, Bakıda COP-29-u keçirmək qərarını boykot etməyə çalışır.

Siyasi analitik Gevorg Ğukasyan, France-24-ün dərcinin Bakının gerçək üzünü beynəlxalq ictimaiyyətə göstərməyə kömək etdiyini söyləyir.

“Azərbaycan insan hüquqları problemlərini və öz ölkəsindəki problemləri ört-basdır etməyə çalışacaq, lakin görürük ki, Azərbaycan, əslində, qarşıya qoyduğu məqsədə çata bilmir və COP-29-a doğru bu cür geniş beynəlxalq reaksiya, əslində, Bakının planlarını dəyişir”.

Beynəlxalq ictimaiyyətin COP-29-dan sonra hansı fikirləri formalaşdıracağı, bir neçə gündən sonra açıq olacaq.

Daha çox göstər
Back to top button