Rusiya yığmasının tərkibində 2014-cü ildə idman gimnastikası üzrə dünya çempionu elan edilən Aleksandra Semenova Ermənistan bayrağı altında beynəlxalq yarışlarda iştirak etməyə hazırlaşır.
“Armenpress”in məlumatına görə, bu barədə TASS-a Semenovanın anası və məşqçisi Viktoriya Tekel məlumat verib.
Semenovanın 26 yaşı var, 2014-cü ildə Rusiya millisinin tərkibində dünya çempionu elan edilib. İdmançı 2014-cü il Avropa çempionatında da iki qızıl və bir gümüş medal qazanıb. 2015-ci ildə Rusiya millisinin əsas heyətindən kənarlaşdırılıb və son illərdə fərdi yarışlarda iştirak edib.
“Alexandra Ermənistan bayrağı altında çıxış etməyə hazırlaşır. O, artıq yetkin idmançıdır və təbii ki, beynəlxalq yarışlarda iştirak etmək istəyir”, – deyə anası bildirib.