Tunberqin rəhbərliyi ilə Tbilisidə Azərbaycan avtoritarizminə qarşı aksiya
Noyabrın 11-də Bakıda başlayacaq COP29-a paralel olaraq Tbilisidə Azərbaycan avtoritarizminə qarşı genişmiqyaslı etiraz aksiyası keçiriləcək.
Etiraz aksiyasına Tbilisidə məşhur isveçli ekoloq Qreta Tunberq rəhbərlik edəcək, ona gürcü ekoloji fəallar, o cümlədən mühacirətdə olan azərbaycanlı araşdırmaçı jurnalistlər, fəallar, Əliyev rejiminə görə Bakını tərk edərək Tbilisidə məskunlaşan siyasətçilər iştirak edəcəklər.
Aksiyanın təşkilatçıları “Radiolur”a bildiriblər ki, məqsəd Əliyevin bölgədə yaydığı avtoritarizmə qarşı mübarizə aparmaqdır. “Aksiya həm də İvanişvilinin avtoritarizminə qarşıdır. Biz Əliyev rejiminin yayılmasının qarşısını almalıyıq”, – nümayişin təşkilatçılarından biri, gürcü fəal Tamar Cekeli “Radiolur”a bildirib.
Tbilisi mitinqinə rəhbərlik edən dünya şöhrətli fəal Qreta Tunberq bu həftə Ermənistana gəlməyə hazırlaşır, o, “Radiolur”a eksklüziv müsahibəsində Bakıda COP29-un keçirilməsini pislədiyini bildirib. O, Bakıda BMT-nin iqlim konfransını boykot edərək etnik ermənilərin təmizlənməsini törədən Azərbaycandan erməni əsirləri azad etməyi tələb edir.