Başlıcaİctimaiyyət

Bahalı ərzaq qiymətləri COP29 iştirakçılarını şoka saldı

Azərbaycan mediası yazır ki, Bakıda davam edən COP29 çərçivəsində təklif olunan ərzaq məhsullarının həddən artıq yüksək qiymətləri iştirakçıları şoka salıb. Məsələn, ən sadə sendviç və içkilərin qiymətləri Bakıdakı kafelərin adi qiymətlərindən azı 10 dəfə bahadır.

Paytaxtın ən bahalı kafelərində bütöv bir pizzanın qiyməti 18-20 manatdan baha olmasa da, bir dilim pizza 10 manata (6 dollar) satılır. Hot-doq 8,4 manat (küçə fastfudlarında 1 manatdan az), paxlavanın bir tikəsi 4-6 manat (mağazalarda 1 kq 18-20 manat), darçınlı piroqun bir tikəsi 21 manat, Red Bull 14 manatdır (mağazalarda 3,3 manat) və s.

Daha çox göstər
Back to top button