Başlıcaİctimaiyyət

Bakıda COP-29-u boykot edən ekoloq Qreta Tunberq Ermənistana gəlib

Daha əvvəl Bakıda keçirilən COP-29 konfransını boykot etdiyini elan etmiş isveçli ekoloq Qreta Tunberq Ermənistana gəlib. “Armenpress”in məlumatına görə, bu barədə İcma Səfərbərlik və Dəstək Mərkəzinin prezidenti Oleq Dulqaryan Facebook səhifəsində yazıb.

“Böyük məsuliyyət və məmnunluq hissi ilə həmkarlarımla birlikdə Bakıda keçirilən COP-29-u boykot edərək Ermənistana gələn isveçli ekoloq Qreta Tunberqi Ermənistan-Gürcüstan sərhədində qarşıladım”, – deyə Dulqaryan öz postunda qeyd edib.

Qreta Tunberq Ermənistana gəlməzdən əvvəl Gürcüstanın paytaxtı Tbilisidə Bakıda keçirilən COP-29 iqlim konfransına qarşı etiraz aksiyası təşkil edib.

O, Azərbaycandakı iqlim və insan haqları vəziyyətini kəskin tənqid edərək bildirib ki, bu ölkə nəzarəti gücləndirmək və saxta “yaşıl” gündəm altında hakimiyyəti möhkəmləndirmək üçün regional gərginliyi gücləndirərək COP-29-dan bir cəbhə kimi istifadə edir. Tunberq Azərbaycanın Dağlıq Qarabağda apardığı etnik təmizləmədən, ermənilərə qarşı hərbi cinayətlərdən də danışıb.

“The Guardian”da dərc olunan məqalədə o, İlham Əliyev rejiminin Azərbaycanın vətəndaş cəmiyyətinə təzyiq etdiyini vurğulayıb. Ekoloji fəal Azərbaycan və İsrail arasında əlaqələrə də işarə edərək, Əliyevi neft ticarəti və silah sövdələşmələri vasitəsilə regional münaqişələri qızışdırmaqda ittiham edib.

Daha çox göstər
Back to top button