BaşlıcaBeynəlxalq

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan-Ermənistan işində Ermənistanın ilkin  üç etirazlarının ikisini qəbul edib

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iş üzrə ilkin üç etirazlarına dair qərarını açıqlayıb. Məsələ, “Irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”çərçivəsindədir.

 Qərarın tam mətni daha sonra dərc ediləcək və məhkəmə sədri Navaf Salam yekun hissəni elan edib. Ermənistan üç ilkin etiraz irəli sürüb.

Birinci etiraz Konvensiyanın qüvvəyə minməsindən əvvəlki dövrə aiddir, yəni 15 sentyabr 1996-cı ilədək olan dövrə. Həmin dövrdə Azərbaycan hələ Konvensiyanın tərəfi deyildi.

Məhkəmə qeyd edib ki, bu dövrdə Azərbaycan Konvensiya ilə bağlı məsuliyyət daşıya bilməz. Buna görə də, Məhkəmə Ermənistanın birinci etirazını qəbul edib.

İkinci etiraz mina məsələsinin “etnik təmizləmə” siyasəti ilə birbaşa əlaqəli olması iddiasına dair olub. Lakin Məhkəmə bildirib ki, Azərbaycan minatəmizləmə məsələsini Konvensiya pozuntusu kimi tanımağı tələb etmir. Buna görə də, məhkəmə Ermənistanın bu etirazını rədd edib.

Üçüncü etiraz Azərbaycanın ətraf mühitin zərər görməsi ilə bağlı şikayətlərinin məhkəmənin yurisdiksiyası çərçivəsində müzakirə edilməsinə dair olub.

 Məhkəmə qeyd edib ki, Azərbaycanın qeyd etdiyi zərər, məsələn, meşələrin, parkların məhvi, çayların dəyişdirilməsi kimi zərərlər Qarabağa bitişik ərazilərdə baş verə bilərdi və bu, Konvensiya çərçivəsində dəyərləndirilə bilər.

Bununla yanaşı, məhkəmə bildirib ki, bu dəyişikliklər kənd təsərrüfatı fəaliyyəti nəticəsində də baş verə bilərdi. Məhkəmə həmçinin qeyd edib ki, Ermənistanın hərəkətləri etnik bir qrupa qarşı yönəlməyib. Buna görə də, Məhkəmə Ermənistanın üçüncü etirazını da qəbul edib.

Bundan əvvəl məhkəmə Azərbaycanın Ermənistanın şikayətinə qarşı ilkin etirazlarını da rədd etmişdi. Hər iki tərəfin etirazları üzrə xüsusi rəylər mövcuddur.

Daha çox göstər
Back to top button